Bazar, 12 May

Ağstafada iki "VAZ" toqquşdu

image

Ağstafada baş verən qəzada 4 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "VAZ 21011"markalı minik maşınları toqquşub.

Qəza zamanı 1968-ci il təvəllüdlü Könül Musayeva, 1965-ci il təvəllüldü Mehman Musayev, 1996-cı il təvəllüdlü Anar Əsgərov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44